Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şanlı  vətənin qəhrəman övladı”adli ədəbi-bədii gecə keçirilib

06.05.2022

05.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Şanlı  vətənin qəhrəman övladı”adli ədəbi-bədii gecə keçirdi.

Tədbirdə ilk Kitabxananın direktoru Telli Nəsibova çıxış etdi. O,istiqlal şairi Əhməd Cavadın 130-cu ildönümünü keçirməklə Azərbaycan tarixi və mədəniyyəti üçün ,Azərbaycanın milli yaddaşı üçün həyat və yaradıcılığı ölçülməz əhəmiyyət kəsb edən istiqlal şairi bir daha yad edildiyini bildirdi.

Uşaq şöbəsinin müdiri Venera Məmmədova şairin Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün çox əhəmiyyətli baza olduğunu bildirdi. Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin ,ədəbiyyatımızın tarixi yaddaşına əbədilik yazılmışdır.

Metotika və bibloqrafiya  şöbəsinin baş metodisti Məhin Məmmədova iştirakçılara Milli istiqlal şairin yaradıcılığı haqqında geniş məlumat verdi .

Sonda kitabxananın işçisi Pərvanə Qarayeva şairin “Çırpınırdı Qara Dəniz”,fəal oxucu Zeynəb Verdiyeva “Susmaram”şerini səsləndirdi.

 

193.8 KB

 

119.6 KB